Millimiz Dünya Kubokunda mübarizə aparacaq 

19:12 15.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Kubokunda mübarizə aparacaq.

Bu barədə hafta.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Yarış iyunun 1-7-də Polşanın paytaxtı Varşavada keçiriləcək.

Milli komanda A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar seçmələri ilə münasibətləri aydınlaşdıracaq.